Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir

ABŞ administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edir.

Boyukmillet/com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilir.

“Bir həftədən az bir müddət əvvəl İran İsrailə qarşı dünyanın ən böyük raket və dron hücumlarından birini həyata keçirib. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdik. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu gün İranı məsuliyyətə cəlb edirik – ona qarşı yeni sanksiyalar və ixrac nəzarəti tətbiq edirik”, – o bildirib.

Onun sözlərinə görə, ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün kollektiv şəkildə hərəkət etmək niyyətindədir.

Check Also

Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb

“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi …