ABŞ Prezidenti Cozef Bayden cümə günü Ukraynadakı vəziyyətlə bağlı bir sıra ölkələrin liderləri ilə telefon danışığı aparmaq niyyətindədir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat qrupunun yaydığı məlumatda deyilir.
“Sabah (bu gün-red) günortadan sonra Prezident transatlantik liderlərlə Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələr toplaması, təmkinliliyimiz və diplomatik səylərimiz barədə telefon danışığı aparacaq”, – Ağ Evdən bildiriblər.
Xəbərdə telefon danışığı iştirakçıları və onun başladığı vaxt göstərilmir.
Cümə axşamı Baş nazir Castin Trüdonun mətbuat xidməti də Baydenin Kanada, Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri, eləcə də Avropa İttifaqının və NATO-nun rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıq aparacağını bildirib.
Telekonfransın başlama vaxtı dəqiqləşdirilməyib.