Cümə , 29 Mart 2024
Drone Cameras

Bayden NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib

ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib.

“Prezident Cozef Bayden bu gün NATO baş katibi Yens Stoltenberqlə danışıb. Prezident Baş katibə ittifaqa etibarlı rəhbərliyi üçün təşəkkür edib, Əfqanıstan, İraq və Rusiya da daxil olmaqla, ümumi təhlükəsizlik problemlərinin bütün spektri üzrə müttəfiqlərlə məsləhətləşmək, işləmək niyyətində olduğunu bildirdi”, – deyə məlumatda bildirilir.

Bayden ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiəyə sadiq qaldığını və transatlantik təhlükəsizliyin gücləndirilməsini də təsdiqlədi.

Check Also

Yerevan KTMT-nin Moskvada terroru pisləyən bəyanatına niyə qoşulmayıb?

“Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskva terror hücumunu pisləyən bəyanatına niyə …