“Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdan şikayətçidir.
N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşaraq, Bayram Yusifovun ona külli miqdarda bocunun olduğunu bildirib.
Məsələni ətraflı araşdırmaq üçün “Sitat.info” olaraq iş adamı ilə əlqə saxladıq.
Türkiyəli iş adamı bildirdi ki, şura sədri Şıxovda 25 milyon manat dəyərində olan villası üçün “Massimo” şirkətindən mebel sifariş edib. Şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını mebellə təchiz edib.
Ödəniş məsələsinə gəldikdə isə Bayram Yusifov pulu ödəməkdən boyun qaçırıb. Mebellər yerləşdirildikdən sonra Bayram Yusifov vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirib.
İş adamı 8 aydır pulunu ala bilmədiyini deyir. Konkret məbləğ açıqlamasa da, şirkət rəhbərinin danışıqlarından gəldiyimiz qənaət bu borcun 250- 300 min AZN civarında olduğunu deməyə əsas verir. Bayram Yusifovun şirkətə vurduğu ziyan bu rəqəmlə yekunlaşmır.
Bu qalmaqal şirkətin imicinə çox zərbə vurub. Onlarla işləyən müştərilərdə qorxu və inamsızlıq yaradıb, sifarişlər geri çəkilib. İş adamı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müracilət edib. Hazırda iş məhkəmədədir.
Qeyd edək ki, bu barədə şirkətin qanuni sənədləri, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.
Məsələ ilə bağlı Ağsaqqalla Şurasnın sədri, millət vəkili Eldar Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
