Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

BDM-də Türkiyə və Çexiyadan gələn qonaqlarla görüş keçirilib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində Türkiyə və Çexiyadan gələn qonaqlarla görüş keçirilib.

BDM sədri İsmayıl Ağayev Türkiyədən İstanbul Sənayeçi və Yatırımçı İşadamları Dərnəyinin (İSİYAD) başqanı  Cemal Çoban və Çexiyanın Karl İnqliş Universitetinin rektoru dr. Yarmila Vaşulkova ilə görüşüb.

BDM mətbuat xidmətindən boyukmillet.com-a verilən xəbərə görə, İSİYAD  başqanı  Cemal Çoban və yardımçısı Turqay Dəmir BDM-in dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq hissi duyduqlarını bildirərək, onlar Türkiyə -Azərbaycan arasındakı ticarət əlaqələrindən danışıblar. Çexiyanın Karl İnqliş Universitetinin rektoru dr. Yarmila Vaşulkova səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan xalqının qonaqpərvərliyindən razı qaldığını qeyd edib. BDM sədri İsmayıl Ağayev hər iki qonaqla görüşdə həm Azərbaycan-Türkiyə, həm də Azərbaycan-Çexiya əlaqələrindən danışaraq, BDM-in hər iki ölkədə diaspor, təhsil, iş dünyası və müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini bildirib. Görüşdə BDM-in Avropa nüayəndəliyinin rəhbəri prof. Azər Kərimov və BDM sədrinin birinci müavini Samir Adıgözəlli iştirak edib.

 

boyukmillet.com

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir