Cümə , 21 İyun 2024
Drone Cameras

Belçika səfiri: COP29 iqlim konfransı Azərbaycan diplomatiyası üçün əla məqam olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə üzrə konfransda iştirak edən bütün ölkələr arasında siyasi münasibətlərə təkan verəcək.

Bunu “Report”a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Mişel Petersmans deyib.

Onun sözlərinə görə, belə genişmiqyaslı tədbirin ölkədə keçirilməsi Azərbaycan diplomatiyası üçün əla məqam olacaq: “Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq şirkətlərə özünü göstərmək imkanıdır ki, onlar da təbii ki, Bakıda geniş şəkildə təmsil olunacaqlar”.

“Bu mənada Tərəflərin Konfransı nəinki iqlim məqsədlərinə nail olmaq istiqamətində atılan addım, həm də qalıq yanacaqlardan asılılığın azaldılması və iqtisadiyyatının strukturunun şaxələndirilməsi prosesi ilə ciddi məşğul olan Azərbaycan üçün vitrin olacaq”, – səfir vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Check Also

Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir

İnklüzivlik BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin mühüm prinsiplərindən …