Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Beynəlxalq Böhran Qrupu: Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə etinasız yanaşır

Ermənistanın yeni rəhbərliyi 30 ildir davam edən Dağlıq Qarabağ probleminin həllinə etinasız yanaşır və bu münaqişənin nizama salınmasında rəsmi Yerevanın uzun illərdir davam edən mövqeyini qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, başı daxili problemlərin həllinə qarışmış Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına biganə münasibəti gərginliyin artmasına səbəb ola bilər. Münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmaması Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə bilər.

Hesabatda rəsmi Bakının uzun müddətdir davam edən qeyri-müəyyənlikdən narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək niyyətini gücləndirə biləcəyi qeyd edilir. Münaqişənin yenidən alovlanmasının 2016-cı ilin Aprel döyüşlərindən də ağır nəticələrə gətirib çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə getməkdən imtina edən Ermənistan hökuməti sərhəd bölgəsindəki 300 min dinc əhalinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində raketlərin və artilleriyanın yaxınlığında yaşayan 150 min erməninin taleyini düşünməlidir.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir