Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Birinci vitse-prezidentin tapşırığı icra olundu

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb

İnterpress.az xəbər verir ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi: “Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.
Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulmuşdu. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir