Bazar , 11 Yanvar 2026
Drone Cameras

BMT Baş katibi: “Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”

“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.

O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”.

Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …