Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

BMT-nin Ukraynaya yardımı 1,6 milyard dolları ötüb

BMT-nin Ukraynaya yardımının məbləği 1,6 milyard dolları ötüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Ukraynadakı tərəfdaşlarla birlikdə humanitar yardıma ehtiyacı olan insanlara dəstək olmaqda davam edirik. Biz ölkə üzrə 7,8 milyon insana yardım göstərmişik”, – Düjarrik deyib.

BMT rəsmisinin sözlərinə görə, Ukraynaya təcili yardım üçün müraciətin hazırda 72%-dən çoxu maliyyələşdirilib. Tələb olunan 2,25 milyard dolların 1,62 milyard dolları alınıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …