Drone Cameras

BMT: “Son sutkada Əfqanıstanda 167 mülki şəxs ölüb və yaralanıb”

Əfqanıstanın Gilmənd əyalətinin Leşgərgah şəhərində hakimiyyət qüvvələri ilə “Taliban” silahlıları arasında son sutkada gedən atışma nəticəsində qruplaşmanın 75 üzvü ölüb, 17-si yaralanıb.

Boyukmillet.com “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

BMT-nin Əfqanıstandakı missiyası isə bildirib ki, son sutkada Leşgərgahdakı atışmalar nəticəsində 167 mülki şəxs ölüb və yaralanıb. Nümayəndəlik münaqişə edən tərəfləri mülki sakinləri daha çox müdafiə etməyə çağırıb: “Əks halda nəticə daha faciəvi olacaq”.

ABŞ və Böyük Britaniyanın Əfqanıstandakı səfirliklərinin məlumatına görə, Əfqanıstan müdafiə qüvvələrinin hücumunun qarşısını almaq məqsədi ilə “Taliban” qruplaşması mülki vətəndaşların evlərini minalayır.

Əfqanıstan Silahlı Qüvvələrinin ordu generalı Sami Sadat şəhəri “Taliban” silahlılarından təmizləmək üçün irimiqyaslı əməliyyat keçirəcəklər. O, bu səbəbdən sakinləri evlərini tərk etməyə çağırıb.

“Ariana News” isə bildirib ki, Leşkərgah uğrunda 3 günlük döyüş nəticəsində 40 dinc sakin ölüb, 150-si yaralanıb.

Check Also

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi …