Bazar , 22 Dekabr 2024
Drone Cameras

Bolqarıstanda mədən işçiləri üç gündür etiraz aksiyası keçirir

Bolqarıstanın Bobov-Dol şəhərində “Babino” mədənində çalışan yüzə yaxın işçi artıq üç gündür etiraz aksiyası keçirir. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, mədəni tərk etməyən işçilər buna səbəb kimi əmək haqlarının vaxtında verilməməsi, yaxın günlərdə 650 işçinin ixtisarının baş tutacağ və bir sıra güzəştlərin ləğv olunmasını əsas gətirirlər. Mədənçilərin iş yoldaşları da onlara dəstək olaraq şirkətin girişində etiraz aksiyası keçirirlər. Mədən rəhbərliyi razılıq haqqında saziş imzalayacağı təqdirdə etirazçılara mükafatların veriləcəyini bildirsə də, işçilər bu təklifi rədd ediblər.

Hazırda aksiya keçirən mədənçilərin 6 üzvü rəhbərliklə danışıqlara başlayıb. Etirazçılar hadisə yerinə BolqarıstanınOmbudsmanı Maya Manolovanın gələcəyini gözləyirlər. Hökumət isə kütləvi ixtisarların baş verəcəyi halda mədənçilərin işlə təmin olunmaları üçün yeni iş yeri axtarışına başlamağı planlaşdırır.

Qeyd edək ki, artıq iki gecədir mədəndə qalan etirazçılar və onlara dəstək verən iş yoldaşları tələblərinin qəbul olunmayacağı təqdirdə aksiyalarını davam etdirəcəklərini bildirirlər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir