Cümə , 17 May 2024
Drone Cameras

Bolqarıstanlı mütəxəssislər Şuşa şəhərinin bərpasına təcrübələri ilə töhfə verə bilərlər

Bolqarıstanın Veliko Tırnovo vilayətinin qubernatoru Georgi Ququçkov Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı qubernator Georgi Ququçkov Veliko Tırnovo vilayətinin coğrafi, iqtisadi və ərazi strukturu haqqında qısa təqdimatla çıxış edib. O, Heydər Əliyev Fondunun Veliko Tırnovo şəhəri yaxınlığında yerləşən Trapezitsa qalasının bərpasına xüsusi töhfə verdiyini vurğulayıb.

“İnanırıq ki, ölkələrimiz arasında çoxillik dostluq münasibətləri kənd təsərrüfatı, kimyəvi gübrələr, tikinti, müdafiə sənayesi, informasiya texnologiyaları, eləcə də enerji sektorunun şaxələndirilməsi sahələrində əməkdaşlığın inkişafı üçün böyük imkanlar açır”, – Georgi Ququçkov deyib.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov isə öz növbəsində işğaldan azad edilmiş Şuşa şəhərinin bərpasından danışıb, infrastruktur layihələrinin həyata keçirilməsi, mənzil fondunun bərpası, xüsusilə də şəhərin tarixi-mədəni irsinin qorunub saxlanılması baxımından Veliko Tırnovodan olan mütəxəssislərin təcrübəsinin faydalı ola biləcəyini bildirib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …