Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın altı cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) – Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rövşən Əliyev bu raundda Daniel Lautgeb (Avstriya) – İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkonun, İbrahim Əliyev Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjeslə (Niderland) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …