Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.

Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə qarşılaşacaq. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.

Böyük Dəbilqə

73 kq

1/32 final: Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan)

1/32 final: Nəriman Mirzəyev – Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan)

1/16 final: Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya)

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.

Check Also

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub. Boyukmillet.com xəbər verir ki, müntəzəm mövsümün son …