KXDR tərəfindən həyata keçirilən raket buraxılışları bütün Şərqi Asiya regionu üçün təhlükə yaradır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Pxenyanın keçirdiyi ballistik raketin növbəti sınağı barədə xəbərlə bağlı yaydığı məlumatda deyilir.
“Şimali Koreyanın martın 9-da ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozur. Ballistik raketlərin qanunsuz buraxılması regionda sülh və sabitliyə təhlükə yaradır. – sənəddə deyilir: “Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasına diqqət yetirməkdə davam edir. Biz Şimali Koreyanı dialoqa qayıtmağa və nüvəsizləşdirmə istiqamətində qəti addımlar atmağa çağırırıq”.
“Yonhap” xəbər agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən bildirib ki, KXDR cümə axşamı Sarı dənizə bir qısa mənzilli ballistik raket atıb. Seulun məlumatına görə, raket yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə 13:20) Nampo şəhəri ərazisindən buraxılıb.