Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bu ərazilərdə qaz olmayacaq – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Check Also

Qarabağ Universiteti üçün 25,6 milyon manat ayrılır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Qarabağ Universitetinin infrastrukturunun gücləndirilməsi …