Bazar , 22 Mart 2026
Drone Cameras

Bu Azərbaycan əyaləti iki hissəyə bölünür

Güney Azərbaycanın Ərdəbil əyaləti iki hissəyə bölünə bilər.

Turkustan.info xəbər verir ki, bu barədə təklif Güney Azərbaycanın Meşginşəhr, Parsabad, Germi, Biləsuvar, Əhər, Heris, Kəleybər, Xudaafərin, Horand şəhərlərinin millət vəkilləri tərəfindən imzalanıb və İran İslam Respublikasının Məsləhət Şurasının Rəyasət Heyətinə yazılı şəkildə göndərilib. Təklifə əsasən, yeni yaradılacaq əyalətin adı “Şimali Azərbaycan” adlanacaq.

Əyalətin bölünməsinə səbəb kimi, adı çəkilən şəhərlərin idarəçiliyində olan nöqsanlar və onların aradan qaldırılması göstərilir.

Mütəxəssislərin fikrincə isə bu, Güney Azərbaycanı parçalamaq və millətin assimiliyasiyasını sürətləndirməkdir.

Check Also

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir