Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bu bir müharibədir və bu müharibədən qalib çıxmaq üçün hamılıqla səfərbər olunmağımız vacibdir”

Emin Həsənli: “Siyasi baxışından asılı olmayaraq, hər kəs dövlətimiz ətrafında birləşməlidir”“Bizim xilas yolumuz məhz budur”

Ölkəmizdə koronavirusa qarşı mübarizə davam edir. Bir tərəfdən pandemiyaya qarşı mübarizə aparan dövlət, digər tərəfdən əhalinin maddi rifahının yüksəldilməsi üçün sosial-humanitar layihələr həyata keçirir ki, bu da cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

Moderator.az-a açıqlamasında dövlətin bu yöndə həyata keçirdiyi siyasəti şərh edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, atılan addımların önəminə diqqət çəkib:

“Koronavirusa qarşış mübarizə istiqamətində ilk gündən ciddi addımalr atıldı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yardıldı, xaricdəki sodyaşlarımız ölkəyə gətirildi, sərhədlər bağlanıldı, karantin rejimi tətbqi edildi və s. Koronaviruslu xəstələrin müalicəsi üçün qısa zamanda modul tipli xəstəxanalar yaradıldı, tibbi heyət səfərbər edildi.

Azərbaycan bu gün də koronavirusa qarşı öz gücü və imkanları daxilində mübarizə aparır, habelə pandemiyadan əziyyət çəkən dövlətlərə də yardımlaırnı davam etdirir. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə beynəlxalq səyləri artırmaq və birləşdirmək məqəsdi ilə BMT-nin Baş Assamblyeasının növbədənkənar toplantısının keçirilməsi təklifi ilə çıxış etdi. Hansı ki, bu təklif artıq 130-dan çox dövlət tərəfindən dəstəklənib.

Bu il ölkəmizdə 7 min məcburi köçkün ailəsinə mənzil tikilir. 1500 şəhid ailəsi mənzillə təmin ediləcək. 85 min insana ünvanlı sosial yardım veriləcək. Qarabağ veteranlarına avtomobillərin verilməsi prosesi də davam edir. 600 min insana 2 ay ərzində 190 manat məbləğində müavinət verildi. Karantin olan rayonlarda müavinətlərin verilməsi prosesi bu ay da davam etdiriləcək.

Pandemiyaya qarşı müabrizə fonunda belə dövlət bütün sosial layihələrin həyata keçriilməsində qərarlıdır və bütün vasitələrdən istifadə edərək vətəndaşların sosial rifahını yüksəltməyə çalışır.

Heydər Əliyev Fondu bu proseslərdə fəal iştirak etdi. 200 min nəfər insana Heydər Əliyev Fondu tərəfindən yardım göstərildi. Fondun Regional İnkişaf İctimai Birliyi bu prosesdə fəal rol oynadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də vətəndaşlara böyük miqdarda yardımlar etdi. YAP-ın vətəndaşlarımıza göstərdiyi diqqət və qayğı da təqdirəlayiq oldu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhid ailələri, müharibə veteranları, Qarabağ əlillərinə yardım göstərdi. QHT-lərin, media və televiziyların pandemiyaya qarşı mübarizədə ortaya qoyduğu əzm də alqışlanmalıdır.

Pandemiyaya qarşı mübarizədə bütün cəmiyyət, bütün vətəndaşlar səfərbər olunmalıdır. Karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməklə özümüzü və ətrafımızdakı insanları qorumalıyıq. Biz dövlətimizin aldığı qərarlara həssaslıqla yanaşmalıyıq.

Təəssüflər olsun ki, bu həssas stuasiyadan belə öz siyasi və qrup maraqları üçün istifadə etməyə çalışanlar var. Bu bir müharibədir. Biz bu müharibədən qalib çıxmaq üçün hamılıqla səfərbər olunmalı, eyni yöndə, eyni amal uğrunda çalışmalıyıq. Siyasi baxışından asılı olmayaraq, hər kəs xalqımız, dövlətimiz üçün ciddi təhdid vəd edən bu təhlükənin aradan qaldırılması üçün birlik və qətiyyət sərgiləməlidir. Bizim xilas yolumuz məhz budur”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …