Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Bu cür rəylər qeydə alınmayacaq” – Fərasət Qurbanovdan layihə qiymətləndirmələri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin  icraçı direktoru Fərasət Qurbanov Şuraın yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramında vətəndaşların iştirakı ilə bir günlük vəziyyəti qiymətləndirib. Həmçinin, tövsiyə və xəbərdarlıqlarını çatdırıb.Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramını mayın 14-dən etibarən istifadəyə verib. Bu proqram vasitəsilə ölkə vətəndaşları Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edirlər. İstifadəyə verilməsindən bir gün keçməsinə baxmayaraq e-vətəndaş proqramına böyük ictimai maraq müşahidə olunmaqdadır. Belə ki, ötən gün ərzində yüzlərlə vətəndaş proqram vasitəsilə QHT layihələrinin maliyyələşməsilə bağlı yüzlərlə rəyini bildirib. Daxil olan rəylər Şura Katibliyi tərəfindən araşdırılır və qeydə alınır. 

Proqramdan istifadə qaydalarına dair Şuranın hazırladığı video təqdimat paytaxtda və regionlarda geniş ictimaiyyətə təqdim olunub. Eyni zamandaİctimai televiziyanın efirində nümayiş etdirilir.Şuranın sosial şəbəkə səhifələrində yerləşdirilib. Bütün bunlara baxmayaraq ilk dəfə tətbiq olunduğundan proqramın istifadəçilərinin müəyyən texniki səhvlərə yol vermə hallarını da müşahidə edirik.
İlk növbədə qeyd etmək istəyirəm ki, bəzi istifadəçilər proqrama daxil olmaq məqsədilə qeydiyyatdan keçmək üçün tələb olunan məlumatları tam doldurmurlar.
Digər bir problem QHT layihələrinə verilən rəylərlə bağlıdır. Belə ki, bəzi istifadəçilərin yazıqları rəylər əsaslandırılmayıb və layihə ilə heç bir əlaqəsi yoxdur. 
Narahatçılıq yaradan əsas yanlışlıq isə bəzi rəylərdə layihəni təqdim edən QHT-nin adının göstərilməsidir. Şura bu məsələdə konfedensiallığı daim qoruyur. Layihələrin qiymətləndirilməsinə cəlb olunan ekspertlər həmin layihələrin hansı təşkilata aid olduğunu bilmirlər. Eyni yanaşma layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsinə də tətbiq olunur və hesab edirik ki, bu obyektivliyi təmin edən ən vacib amillərdən biridir. Bu baxımdan vətəndaş rəylərində layihənin aid olduğu QHT-nin adının göstərilməsi bəzi QHT-lərin məqsədyönlü şəkildə apardığı kampaniya təsəvvürü yaradır.
Nəzərinizə çatdırıram ki, bu cür rəylər qeydə alınmayacaq və Şura Katibliyi qeyd olunan hər üç halla bağlı vəziyyəti nəzarətdə saxlayır.
Bir layihəyə verilən 60 səs 20 balla qiymətləndirilir (3 səs 1 bal hesab edilir) ki, bu da vətəndaşların layihənin maliyyələşdirilməsini Şuraya tövsiyə etməsi deməkdir. Bununla yanaşı bildirirəm ki, Şura ən çox bal toplayan layihələrə xüsusi diqqət yetirəcək.
Bir daha bütün vətəndaşları layihələrin maliyyələşdirilməsi üçün qiymətləndirmə prosesində fəal iştiraka dəvət edir və layihələri dəyərləndirərəkən “səsvermə qaydaları və məxfilik” təlimatı ilə yaxından tanış olmağınızı və ona əməl etməyinizi xahiş edirəm.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir