Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası başlayır

Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək.

“Report” MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyada MDB-nin fəaliyyətinin prioritet sahələri üzrə əməkdaşlığın gələcək inkişafı ilə bağlı 20-dən çox sənəd layihəsinin nəzərdən keçirilməsi planlaşdırılır.

Məlumata görə, əsas diqqət iqtisadi əməkdaşlıq məsələlərinə yönəldiləcək. O cümlədən azad ticarət zonasının yaradılması üzrə sazişlə bağlı vəziyyət, 2030-cu ilədək enerji resurslarının hasilat və istehlak proqnozu, iqtisadi-maliyyə sahəsindəki əməkdaşlıqla bağlı məsələlər, əqli mülkiyyət bazarının formalaşması və inkişafı müzakirə ediləcək.

HBŞ-nin iclasında, həmçinin humanitar sahə üzrə bir sıra əhəmiyyətli sənədlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Eyni zamanda, 2017-ci ildə Birlik ölkələrinin birgə Hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün maliyyə vəsaitlərinin ayrılması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Bundan əlavə, hökumət başçıları bir sıra maliyyə-büdcə məsələlərini nəzərdən keçirəcək və növbəti görüşün tarixi və yerini müəyyənləşdirəcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir