Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaq

Bu gün axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkisinin ikinci turunda “Cümhiuriyyət İttifaqı”nın namizədi, Prezidenti Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə yenidən bu posta seçilib. Onun rəqibi Cümhuriyyət Xalq Parsiyasının sədri, “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlu 47,84 faiz səs toplayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində əldə etdiyi qələbə ilə bağlı təbrik edib: “Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm”

Check Also

Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın …