Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Goranboy, Mingəçevir, Cəlilabad, Kürdəmir və Tərtər icra hakimiyyətlərinin sifarişi ilə Bakıda hazırlanan daha 20 müasir modul tipli ev bu gün qardaş ölkəyə yola salınıb.
Boyukmillet.com xəbər verir ki, göndərilən 1 və 2 otaqlı modul tipli evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait var.
Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunan 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Fevralında 13-də isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Türkiyəyə 4 modul ev göndərilib. Həmçinin, icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardımların Türkiyənin göndərilməsi bundan sonra da davam etdiriləcək.