Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Bu gündən Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

Bu haqda  Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Qurumun xəbərdarlığında bildirilir ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Check Also

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …