Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Bu ölkədə şok hadisə: Baş nazir “KQB” agenti çıxdı

Bu ölkədə şok hadisə: Baş nazir “KQB” agenti çıxdı

İki dəfə baş nazir olmuş şəxsin DTK agenti olduğu bəlli olub.

boyukmillet.com xəbər verir ki, son dövrlərdə Latviyanın  arxivlərinin müəyyən qisminin açılması nəticəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin və idmançıların DTK agenti olması üzə çıxıb.

Latviya DTK ilə əməkdaşlıq etmiş şəxslərin adlarını açmaqda israrlıdır və bu işi davam etdirmək niyyətindədir. Sovet Latviyası DTK-nın əks-kəşfiyyat idarəsinin sabiq rəisi Bruno Şteynbrik təsdiq edib ki, Latviya müstəqilliyini əldə edəndə ölkə ilə bağlı əsas informasiyalar və əsas vacib olan agentlərin kartotekaları ölkədən çıxarılıb.

DTK arxivlərinin müəyyən qisminin açılması Latviyada ciddi rezonansa səbəb olub. Belə ki, arxivlər açıqlanarkən Latviyanın müstəqilliyi dövründə iki dəfə baş naziri olan İvars Qodsmanın, Riqa və bütün Latviya mitropolu Aleksandrın, Latviyanın müstəqilliyi uğrunda tanınmış ictimai-siyasi xadim Mavrik Vultsfon, Dauqvapilsin sabiq meri Rixard Eyqim, əfsənavə basketbolçu, SSRİ yığmasının keçmiş kapitanı Valdis Valters, populyar “Lida” iaşə şəbəkəsinin yaradıcısı Qunars Kirsons və digərləri DTK agenti olması rəsmi qaydada təsdiqlənib.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir