Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı dəqiqləşib. Ümumdünya İqtisadi Forumu 2016-cı il üzrə Qlobal Pasport Reytinqini açıqlayıb. Reytinq dünyanın 199 ölkəsini əhatə edir. Reytinqin liderləri Almaniya və İsveçdir. Bu ölkələrin vətəndaşları 158 ölkəyə viza almadan daxil ola bilərlər. Ötən il birinci və ikinci yerləri ABŞ və Böyük Britaniya bölüb. Builki reytinqdə ABŞ dördüncü yerdədir.
Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və Finlandiya ikinci yerdə qərarlaşıblar. Adıçəkilən ölkənin vətəndaşları 157 ölkəyə vizasız gedə bilərlər.
Azərbaycan reytinqdə 64-dür. Respublikamızın vətəndaşları 62 ölkəyə vizasız daxil ola bilərlər. Reytinqdə Azərbaycanla eyni yeri Tanzaniya və Filippin bölüşür. Qeyd edək ki, Azərbaycan ötən il də reytinqdə 64-cü yerdə olub.
Azərbaycanvətəndaşlarınınvizasızgedə biləcəyi ölkələr bunlardır.
Albaniya – vizasız
Kambodca – yerində verilir
Qvinea Bissau – yerində verilir
Madaqasqar – yerində
Antiqua Barbuda-vizasız
Cape Verde – yerində verilir
Haiti -vizasız
Malavi – yerində verilir
Ermənistan- vizasız
Kolumbiya – yerində verilir
İran-vizasız
Malaziya -vizasız
Bahams adaları- vizasız
Komor adaları – yerində verilir
İndoneziya-vizasız
Maldiv – yerində verilir
Banqladeş – yerində verilir
Djibuti – yerində verilir
İordaniya – yerində verilir
Marşal adaları – yerində verilir
Barbados-vizasız
Dominikan – yerində verilir
Yamayka – yerində verilir
Mavritaniya – yerində verilir
Belarus – vizasız
Ekvador – yerində verilir
Qazağıstan – vizasız
Mavrikiya – yerində verilir
Bolivia – vizasız
Misir – yerində verilir
Qırğızıstan – vizasız
Mikroneziya – yerində verilir
Bosniya və Hersoqavinya-vizasız
Gürcüstan-vizasız
Lebanon- vizasız
Moldova-vizasız
Burundi – yerində verilir
Qrenada – yerində verilir
Makedoniya – vizasız
Monteneqro – vizasız
Mozambik – yerində verilir
Palem – yerində verilir
Seyşel – yerində verilir
Namibiya – vizasız
Fələstin-vizasız
Şri –Lanka – yerində
Nepal – yerində verilir
Rusiya-vizasız
Vinçent və Gredanines-vizasız
Nikaraqua – yerində verilir
Samoa-vizasız
Suriya – yerində verilir
Tacikistan – vizasız
Türkiyə – vizasız
Uqanda – yerində verilir
Vanuatu – vizasız
Tanzaniya – yerində verilir
Togo – yerində verilir
Ukrayna – vizasız
Timor Leste – yerində verilir
Tuvalu – yerində verilir
Özbəkistan -vizasız