Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Cəbi Quliyev: Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, ümumilikdə regionun inkişafı baxımdan önəmlidir

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi tarixi sənəddir və bu bəyannamənin Şuşada imzalanması bir sıra məqamlara aydınlqı gətirmiş oldu.”

Bunu “İki sahil”ə Milli Məclisin deputatı Cəbi Quliyev Şuşa Bəyannaməsi ilə bağlı fikrilərini bölüşərkən deyib. Onun sözlərinə görə, əsas qayəsini Qars müqaviləsindən götürən və BMT-nin Nizamnaməsinə uyğun hazırlanan bu Bəyannamə siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi münasibətlərin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir: “Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək imzalanan bəyannamə nəinki iki ölkənin eyni zamanda regionun inkişafı, təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Uzun illərə planlaşdırılmış və son dərəcə əhatəli, konseptual şəkildə hazırlanmış bu sənəd regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bəyannamədə birbaşa göstərilir ki, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.”

C.Quliyev Şuşa Bəyannaməsinin əhəmiyyətini Naxçıvan Muxtar Respublikasının inkişafı baxımdan misilsiz sənəd olduğunu vurğulayıb: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Eyni zamanda Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar. Regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər. Bu kimi bəndlərin müqavilədə yer alması sevindirici haldır. Həyata keçirilən mqəsədyönlü siyasət nəticəsində hər bir azərbaycanlı bu bəyannamədən irəli gələn məsələlərin onun həyatında nə kimi müsbət rol oynadığının şahidi olacaq.”

Check Also

Tahir Budaqov Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkili Ramil Həsən və bir qrup azərbaycanlı …