Şənbə , 27 Aprel 2024
Drone Cameras

Çəkilişləri Ermənistanda, Zəngəzur bölgəsində aparılan sənədli film hazırlanıb

CBC telekanalı Ermənistanda, Qərbi Azərbaycanın Zəngəzur bölgəsində çəkilişləri aparılan “Buğakar ziyarətgahı” adlı sənədli film hazırlayıb.

Boyukmillet.com-un məlumatına görə, film Qərbi Azərbaycanda, müasir Ermənistan ərazisində yaşamış və irsləri məhv olunan azərbaycanlıların tarixinin az öyrənilən səhifələrinə həsr olunub. Lentin əsasında İrəvanda və Zəngəzurun kəndlərində çətin şəraitdə aparılan çəkilişlər dayanır.

Nəticədə CBC-nin çəkiliş qrupu yerli sakinlərin köməyi ilə qədim Azərbaycan ziyarətgahı olan Buğakarın izlərini aşkar edərək Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair sübutları qeydə alıb.

Filmin baş prodüseri CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilovdur.

Filmdə azərbaycanlıların mədəni-tarixi irsinin dağıdılması və gizlədilməsinin davam etdiyi İrəvanın kadrları təqdim olunur. Kinoxronikalar göstərilir və əvvəllər azərbaycanlılara məxsus torpaqlara xaricdən ermənilərin köçürülməsi barədə məlumatlar verilir.

Çəkiliş qrupu bir vaxtlar azərbaycanlıların yaşadıqları kənddə olub və indiki sakinindən müsahibə alıb. O, bu torpaqların əslən azərbaycanlılara məxsus olduğunu etiraf edib.

Bundan əlavə, filmdə Zəngəzurda dağıdılmış Buğakar ziyarətgahının dronla lentə alınmış unikal kadrları yer alıb.

Qeyd edək ki, filmin müəllifləri Fransa və ABŞ-nin Ermənistandakı səfirlikləri daxil olmaqla, müxtəlif səfirliklərə müraciət ediblər. Müraciətin məqsədi həmin səfirlik əməkdaşlarının Buğakar ziyarətgahını ziyarət edib-etməmələri və onun ermənilər tərəfindən dağıdılması barədə onlarda məlumatın olub-olmaması haqqında informasiya almaqdır. Müəlliflər dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasının və regionun obyektiv tarixi mənzərəsinin bərpasının əhəmiyyətinə cəlb etməyi qarşılarına məqsəd qoyublar.

Filmi təqdim edirik:

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …