Cümə , 29 Mart 2024
Drone Cameras

Cəlilabadda 27 sentyabr – Anım günü qeyd olunub

27 Sentyabr – Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Boyukmillet.com xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb. Anım tədbirində rayon rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və din xadimləri iştirak edib.

Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Cəlilabad şəhəri, Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.

Check Also

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür. Boyukmillet.com xatırladır ki, …