Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Cənubi Sudanda silahlı müxalifətin əsas bazalarından birinə hücum edilib

Cənubi Sudan ordusunun bölmələri və qonşu Sudanın Çevik Reaksiya Qüvvələri birgə əməliyyat zamanı Cənubi Sudanın “Müxalifətdə Sudan Xalq Azadlıq Hərəkatı”nın (SPLM-O) əsas hərbi bazalarından birinə hücum edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sudan Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, ölkənin şimalında, Sudanla sərhədə yaxın Qariya kəndində yerləşən strateji əhəmiyyətli baza şərq və şimaldan irəliləyən qüvvələr tərəfindən mühasirəyə alınmaq təhlükəsi ilə üzləşib. Şiddətli döyüşlər şənbə günü gün ərzində davam edib.

Bazada 4-cü Piyada Diviziyasının bir hissəsi olan elit SPLM-O briqadası yerləşir. Cənubi Sudan hakimiyyəti ilə silahlı müxalifət arasında yedd il əvvəl imzalanmış müqaviləyə əsasən, sonuncunun öz silahlı birləşmələrinə sahib olmaq hüququ var. Onlar hazırda ölkənin bir sıra regionlarında, ilk növbədə şimal və şərqdə yerləşdirilib. SPLM-O-ya tabe olan döyüşçülərin ümumi sayının 30 min nəfər olduğu təxmin edilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …