Bəzi ölkələrdə sərt karantin rejiminin yumuşaldırlması istiqamətində addımlar atılır. Çünki, məhdudiyyətlər iqtisadi fəallığı azaldır və demək olar ki, dayandırır.
Bu fikirləri “Rupor”a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
İctimai birlik rəhbərinin sözlərinə görə, nəticədə ölkələrin iqtisadiyyatına milyardlarla ziyan dəyir:
“Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu ziyan çox böyükdür. Bu baxımdan bəzi ölkələr əhalinin tələbatını ödəmək baxımdan məcburən pandemiya ilə bağlı yumşalma təbirləri həyata keçirir. Ölkələr seçim qarışındadır: iqtisadi dayanıqlıq və yaxud əhalinin sağlamlığının qorunması. Dövlət başçımız dəfələrlə qeyd edib ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələyə diqqət çəkərək bildirib ki, “Biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük””.
C. Hüseynzadə qeyd edib ki, ölkə başçısının mövqeyi məhz ondan ibarədir ki, Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.
Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsi müşahidə edildiyin bildirən QHT sədri vurğulayıb:
“Xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı dövlət qurumları qarşısında qoyduğu yeni tələblər və vətəndaşları ictimai qınağa çağırması nəticəsində tibbi maskadan istifadə ilə bağlı müəyyən irəliləyişlər baş verib.
İyun ayında ölkəmizdə yoluxma sayında artım müşahidə oldu. Hazırda xüsusi karantin rejiminin tətbiqi nəticəsində yoluxma sayında eniş olmasa da, stabilləşmə var. Covid 19 virusunun həndəsi sislisə ilə artdığını nəzərə alsaq, stabilləşməni karantin rejiminin müsbət nəticəsi kimi qeyd etmək olar. Ümid edirəm növbəti 15 gündə yoluxma saylarında da ciddi eniş müşahidə olunacaq.
Əlbəttə vəziyyətin stabilləşməsi üçün tətbiq olunan xüsusi karantin rejimi üsullardan biridir. Əsas təsiredici məqam isə hər birimizin məsuliyyətli olması, fiziki məsafəni gözləməsi, qapalı məkanlarda tibbi maskadan düzgün istifadə olunması, dezinfeksiya prosesin həyata keçirmək və gigiyenik qaydalara riayət olunmasıdır”.
Təşkilat rəhbərinin fikrincə, hazırda virusa qalib gəlməyin yeganə yolu var:
“Məsuliyyətli davranmalı, karantin qaydalarına riayət etməliyik.Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etsək, vəziyyətdən bir o qədər tez çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq”.