Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.
Adanada keçirilən təqdimat mərasimində Əməkdar incəsənət xadiminə “Tiyatro için Emek Ödülü” mükafatı təqdim olunub. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Check Also
Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
