Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi …
Read More »Bill Qeyts koronavirus üzərində son qələbə şərtini açıqladı
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətin COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib. Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq. “İnsanların normal həyata qayıdışı üçün yeganə yol super effektivli və əlçatan vaksinin alınmasıdır”, – Qeyts bildirib. “Microsoft”un banisi hesab edir ki, kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə …
Read More »Birinci vitse-prezident: “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib. Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) …
Read More »Bakıda tramvayların bərpasının yolları açıqlandı
Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib. Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”. Xatırladaq ki, Bakıda tramvayların bərpası “Yol hərəkətinin təhlükəsizliyinə …
Read More »Neçə canlar fəda uğruna Azərbaycan!
Uğrunda canlar fəda olan Azərbaycanımızda son günlərin baş verən hadisələri bu torpağı daha da müqəddəsləşdirdi, bu xalqı daha da yenilməz etdi… Son günlərdə damarlarında axan qeyrətli türk qanı coşur, tüğyan edir xalqımızın! Bu xalq hazırdır ən son damla qanınadək göz bəbəyi qədər əziz olan Vətən torpağının mənfur tapdağında olan hər qarışını özünə qaytara…canı, qanı bahasına olsa belə… Bu gün yaşadığımız …
Read More »Azərbaycanda daha 215 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Read More »Azərbaycan beynəlxalq təşkilatların biyabırçılığının qarşısını alacaqdır
Böyük siyasi gücə və iradəyə malik müzəffər Ordumuzun əks hücüm əməliyyatları uğurla davam etməkdədir. Son əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl şəhərlərində, eyni zamanda onların işğaldan azad olunmuş bir sıra kəndlərində Azərbaycan bayrağı ucaldılmışdır. Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır.Qazanılan qələbələr təkcə silahın gücü deyil, Prezidentin, Millətin Liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun …
Read More »Bakıda əlavə gücləndirilmiş dezinfeksiya aparılacaq
Son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır. Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib. Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə …
Read More »Gürcüstanda “Qarabağ Azərbaycandır!” yürüşü keçirilir
Gürcüstanın Qardabani rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər “Qarabağ Azərbaycandır!” adlı yürüş aksiyası keçirirlər. Boyukmillet.com yerli bürosu xəbər verir ki, əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları tutan yürüşçülər Azərbaycana dəstək şüarları səsləndirirlər. Askiya çərçivəsində avtomobil karvanı da təşkil olunub. Yürüş “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə davam etdirilir.
Read More »AZƏRBAYCAN PREZİDENTİ ŞANLI ZƏFƏR TARİXİ YAZIR
200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər özlərinə saxta tarix yaratmaqla kifayətlənməmiş, tarixi Azərbaycan torpaqlarını “Böyük Ermənistan” ərazisi kimi qələmə vermiş və bu saxta fikirləri ilə beynəlxaq ictimaiyyəti çaşdırmağa çalışmışlar. XX əsr boyu torpaqlarımızı hissə-hissə mənimsəyən ermənilər böyük güclərin köməyi ilə öz dövlətlərini yaratmağa nail oldular. Sovetləşmədən sonra Dağlıq Qarabağa yiyələnmək arzusuna çata bilməyən ermənilər …
Read More »