Cümə axşamı , 2 May 2024

Cəmiyyət

Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi – FOTO

Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq …

Read More »

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və dərman preparatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının ölkəmizə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Boyukimillet.com xəbər verir ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “DAF” və “Volvo” markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin …

Read More »

Kafedra müdiri koronavirusdan vəfat etdi

Daha bir universitetin dosenti koronavirusdan dünyasını dəyişib.  Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova yayıb. Bildirib ki, universitetin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova virus səbəbindən vəfat edib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı …

Read More »

Əsgərə həqarət edən şəxs saxlanıldı – VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunaraq onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən …

Read More »

“Fairmont Baku”da jurnalistləri təhqir edən iş adamının oğlu barəsində məhkəmə QƏRAR VERDİ

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti Modern.az-a faktı təsdiqləyib. Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev “Fairmont Baku” hotelində …

Read More »

Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir – FOTOLAR

Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar. Boyukmillet.com xəbər verir ki, Neftçala …

Read More »

Saatlıda nələr baş verir? – Deputat həyəcan təbili çaldı

Saatlının deputatı Əziz Ələkbərlinin Boyukmillet.com-la söhbətindən… – Əziz müəllim, iyulun 3-də Saatlı rayonunun bir neçə kəndinin sakinləri su problemindən əziyyət çəkdikləri üçün etiraz aksiyası keçirdilər. Sakinlər su problemlərinin həll olunmasını tələb etdilər. Saatlı rayonunun deputatı kimi, deyə bilərsinizmi nələr baş verir? – Əslində, bu aksiya gözlənilən idi. Saatlı rayonu və qonşu rayonlar elə bir geoloji ərazidə yerləşir ki, bu ərazilərdə yeraltı çaylar …

Read More »

Əliməmməd Nuriyev: Operativ Qərargah QHT-lərə yanaşmanı dəyişməlidir

Hesab edirəm ki, Operativ Qərargah Vətandaş Cəmiyyəti Təşkilatlarına yanaşmanı dəyişməlidir. Bu fikirləri QHT.az-a açıqlamsında Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru  Əliməmməd Nuriyev bildirib. “Əgər bütün sektorlara münasibət müəyyən edilibsə, Vətəndaş Cəmiyyətinin yalnız bir qisminə yox, bütövlükdə tam olaraq karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla QHT-lərin Pandemiya dövründə fəaliyyətinə imkan yaradılmalıdır. Əks halda İctimai nəzarət, ictimai qınaq, vətəndaş cavabdehliyi və həyata …

Read More »

“Yeni rəhbərlikdən yeni yanaşma gözləyirdim, təəssüf ki…” – Fəzail Ağamalı KİVDF-ni yenə tənqid etdi (MÜSAHİBƏ)

Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı etikxeber.az saytının suallarını cavablandırıb. Boyukmillet.com həmin müsahibəni təqdim edir: – Fəzail bəy, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dünən ölkədə fəaliyyət göstərən 18 qəzetə maliyyə yardımı ayırdı. Dərhal da bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bunu təqdir edənlərlə yanaşı, bir çoxları tərəfindən ciddi tənqidlərə məruz …

Read More »

İsmayıllıya icazələri olmadan istirahətə gələnlər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib. Boyukmillet.com xəbər verir ki, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. Yoxlama zamanı icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə …

Read More »