Rusiya qoşunlarını çıxarsa və həmçinin danışıqlara başlasa, ABŞ Ukrayna ilə bağlı diplomatiyaya hazırdır. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Əgər Rusiya qoşunlarını çıxarsa və danışıqlara hazırdırsa, biz də bunu etməyə hazırıq”, – ABŞ rəsmisi vurğulayıb. “Mən dostum və həmkarım, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə demək olar, …
Read More »ATƏT-in əməkdaşı Ukraynada həlak olub
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb. “Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, – ATƏT-in bəyanatında deyilir. Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat …
Read More »Zelenski: “Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”
“Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib. “Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, – Prezident bildirib. V.Zelenski deyib ki, …
Read More »ABŞ Rusiya neftinə embarqo qoyacaq
ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib. “Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, – Cozef Bayden qeyd edib. “Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub”, – ABŞ rəhbəri vurğulayıb. Onun sözlərinə …
Read More »NATO Ukraynaya qoşun göndərməyəcək
“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”. Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, – deyə o vurğulayıb. Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.
Read More »Polşa Prezidenti: “Ukraynaya hərbi təyyarə göndərməyəcəyik”
“Ukraynaya hansısa təyyarə, o cümlədən hərbi təyyarə göndərməyəcəyik”. Boyukmillet.com xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. “Bu, hərbi müdaxiləyə şərait yaradar”, – o bildirib.
Read More »Üç NATO ölkəsi Ukraynaya 70 təyyarə verəcək
Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək. Boyukmillet.com məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, – məlumatda deyilir. Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd …
Read More »ABŞ dövlət katibi Ukraynaya silah və Rusiyaya qarşı sanksiyalar vəd edib
ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə yazıb. Onun sözlərinə görə, Ukrayna ABŞ-dan Rusiyaya qarşı daha çox sanksiyalar, ölkə üçün isə silahlar istəyir: “Dövlət katibi təsdiqləyib ki, həm birinci, həm də ikincilər daha çox olacaq. Biz növbəti addımlar barədə razılığa gəldik”, – …
Read More »Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək
Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib. “Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, – o deyib. Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar – Red) dəyərində silahlar tədarük …
Read More »Britaniya Rusiyanı İnterpoldan çıxarmağa çalışır
Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın İnterpoldan çıxarılmasına çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən daxili işlər naziri Priti Patel bildirib. “Ukrayna hökuməti bu gün Rusiya hökumətinin İnterpola üzvlüyünün dayandırılmasını tələb edib. Biz buna nail olmaq üçün beynəlxalq səylərə rəhbərlik edəcəyik”, – nazir deyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar