Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O’Nilın avtomobilini oğurlayıblar. “Page Six” xəbər verir ki, “Range Rover” markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb. Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir.//Oxu.az
Read More »ABŞ Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
ABŞ Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı yeni sanksiyalar paketi hazırlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ağ Ev rəsmilərinə istinadən “Reuters” agentliyi yayıb. Bildirilir ki, ABŞ yeni sanksiyaları tətbiq etmək üçün ilk addımların Avropadan atılmasını gözləyir. Agentliyin verdiyi məlumata görə, Kreml Ukraynadakı müharibəni davam etdirərsə, bu sanksiyalar tətbiq oluna bilər. Vaşinqton Avropanın əvvəlcə Moskvaya təzyiqi artırmasını istəyir, məsələn, yeni sanksiyalar və ya …
Read More »Kiyev ballistik raketlərlə atəşə tutulub, uşaq bağçası dağılıb
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralananlar var, binalar və avtomobillər zədələnib, yanğınlar baş verib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko bildirib ki, hücum haqqında məlumat təxminən saat 04:00-da daxil olub. Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən ballistik raket təhlükəsi barədə …
Read More »Tramp Venesuelaya bombardmançı təyyarələrin göndərilməsi xəbərini təkzib edib
Prezident Donald Tramp ABŞ-nin “B-1 Lancer” bombardmançı təyyarələrinin Venesuela hava məkanı yaxınlığında uçması ilə bağlı xəbərləri təkzib edib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə Ağ Evdə keçirilən brifinqində bildirib. Trampdan “The Wall Street Journal” qəzetinin Prezident Nikolas Maduro hökumətinə təzyiqi artırmaq üçün Venesuela yaxınlığında uçan bombardmançı təyyarələr haqqında xəbərinin doğru olub-olmadığını aydınlaşdırmaq istənilib. “Xeyr, bu doğru deyil”, – ABŞ lideri …
Read More »NATO-dan ilk – Rusiya hərbi gəmisinin qarşısı kəsilib
NATO-nun əmri ilə hərəkət edən Britaniya hərbi dəniz qüvvələri şimal dənizi sahillərində Rusiya hərbi gəmisinin qarşısını kəsib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Fransa və Hollandiyanın iştirakı ilə həyata keçirilib. Sky News-un məlumatına görə, Britaniyanın “HMS Duncan” esminesi və “Wildcat” helikopteri Rusiyanın sualtı qayıqlara qarşı müdafiə gəmisi “Vitse-admiral Kulakov”un qarşısını kəsib. Gəmi Britaniyanın müşahidə zonasına daxil olub və …
Read More »ABŞ narkotik daşıyan daha bir qayığa zərbə endirib – Heqset
Pentaqon rəhbəri Pit Heqset ABŞ qüvvələrinin Sakit Okeanda beynəlxalq sularda narkotik ticarəti üçün istifadə olunan qayığın məhv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nazir bunu X hesabında edib. Onun sözlərinə görə, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər. Heqset bildirib ki, qayıqda ABŞ-ın terror təşkilatı hesab etdiyi təşkilata aid narkotiklər …
Read More »Tramp Ədliyyə Nazirliyindən təzminat tələb edir
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ədliyyə Nazirliyi ona dəymiş ziyana görə təzminat ödəməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Trampın vəkilləri prezidentin ikinci dəfə seçilməsindən əvvəl onun barəsində aparılan federal istintaqlara görə təxminən 230 milyon dollar məbləğində təzminat tələb etmişdilər. “Bu qərar mənim masamda qəbul edilməli idi. Bu, çox …
Read More »Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı sülh sazişinin bağlanması şərtlərini əks etdirən qapalı diplomatik nota (“non-paper”) göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadən bildirir. Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin qurulması tələbini bir daha təsdiqləyib. Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın hazırkı kursuna faktiki olaraq ziddir. O, cəbhə …
Read More »Şimali Koreya bir neçə ballistik raket BURAXDI
Şimali Koreya ölkənin şərq sahili istiqamətində, Yaponiya dənizi tərəfə bir neçə ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Məlumatda bildirilir ki, qısa mənzilli ballistik raketlər təxminən 350 km məsafə qət edib. Hazırda raketlərin dəqiq tipi və buraxılış məqsədi barədə məlumatlar açıqlanmayıb.
Read More »Rusiya Duması süni intellektdən istifadəni məhdudlaşdıracaq
Rusiya Federasiyasının Dövlət Dumasının iki palatası bu həftə süni intellektdən (AI) istifadə məsələsinə baxacaq. Boyukmillet.com yerli mediaya istinadla xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin neyron şəbəkələrdən istifadənin qanunvericiliklə tənzimlənməsinin vaxtının çatdığını deyib. Bildirilir ki, hələlik müzakirələr süni intellektin yaratdığı məzmunun etiketlənməsinə yönəlib. Lakin gələcəkdə müzakirə genişlənərək sosial və gündəlik həyatdan siyasətə qədər geniş sahələrə təsir edə biləcək süni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar