Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

KİV: İŞİD-in hücumu nəticəsində İraqın 5 hərbçisi həlak olub

İŞİD terrorçularının İraqın mərkəzi hissəsində həyata keçirdiyi hücum nəticəsində azı ölkənin beş əsgəri həlak olub, daha beşi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Bildirilib ki, olay Diyala və Salah əd-Din əyalətlərinin kəsişdiyi yerdə baş verib, ölən iraqlı əsgərlərdən biri zabit rütbəsində olub. Terrorçuların sıralarında itkilər barədə məlumat verilmir.

Read More »

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” nəşri şəhərdə fəaliyyət göstərən “Barzilay” Tibb Mərkəzinə istinadən xəbər yayıb. Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki evə düşüb. Xəsarət alan 3 nəfər tibb mərkəzinə çatdırılıb.

Read More »

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb. Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir. BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb. İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib. Əməliyyatın azı …

Read More »

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanın ödənilməmiş 20 milyard dollarlıq avrobondlarının təxminən 20%-ni təşkil edən BlackRock və Pimco kimi nəhənglər daxildir. Qəzet yazır ki, onlar artıq hökumətlə danışıqlar aparmaq üçün …

Read More »

Makron: Avropanın Çinə ehtiyacı var

Avropa ölkələrinə təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çin lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “La Tribune” nəşrinə müsahibəsində deyib. “İstər iqlim, istərsə də təhlükəsizlik məsələlərində Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə cəlb etməyə imkan verən balanslaşdırıcı qüvvə olmaqdır”, – deyə o …

Read More »

Ceyk Sallivan: 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil

“ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək. 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Vaşinqtonda “Financial Times” qəzetinin təşkil etdiyi tədbirdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Nəşrin məlumatına görə, Sallivan hələ də yaxın gələcəkdə Rusiya ordusunun Ukraynada uğurlarını gözlədiyini qeyd …

Read More »

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına müsahibə verib. Saakaşvili “Xarici agentlər haqqında” Qanunun Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına işarə edib: “İstənilən halda hakimiyyət dəyişikliyi baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək”. O, Bidzina İvanişvilini Gürcüstanda Putinin siyasətinin davamçısı sayıb: “Bununla bağlı sübutlar var. İvanişvili hakimiyyətə gəldikdən sonra …

Read More »

Hindistanda yol qəzasında 9 nəfər ölüb, 22 nəfər yaralanıb

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Şotlandiyanın Baş naziri istefa verib

Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib. Boyukmillet.com xəbər verir ki, Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib. O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib. Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da …

Read More »

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır. Bundan …

Read More »