Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Deputat Xarkovdakı konsulun fəaliyyətini Kiyevdəki səfirimizə nümunə göstərdi- Video

Milli Məclisin son plenar iclasındakı çıxışı zamanı millət vəkili, xalq yazıçısı Sabir Rüstəmxanlı Ukraynanın Xarkov şəhərindəki fəxri konsulumuz Əfqan Salmanovun fəaliyyətini Kiyevdəki səfirimiz Elmira Axundovaya örnək kimi göstərib. Boyukmillet.com həmin çıxışın videosunu təqdim edir: https://youtube.com/shorts/1nOMEEd7Wgg?feature=share

Read More »

Çində qasırğa zamanı onlarla insan xəsarət alıb

Çinin Siçuan əyalətinin Anyue şəhərində qasırğa baş verib. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Şəhərdə güclü küləyin sürəti saatda təxminən 144 kilometrə çatıb, qasırğanın gətirdiyi şiddətli yağışlar nəticəsində meydana gələn sel və daşqınlardan azı 10 min insan zərər çəkib. Fırtına nəticəsində 20 nəfər xəsarət alıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Read More »

Ərdoğan Türkiyənin Pakistana hər cür dəstək verəcəyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib. Seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələrinin bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və …

Read More »

Ukraynada Rusiya qvardiyasının zabiti öldürülüb

Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, 291-ci motoatıcı qvardiya alayı Çeçenistanın Borza yaşayış məntəqəsində yerləşir. Qeyd olunub ki, D.Dibirov Suriyada Bəşşar Əsədə sadiq qüvvələr sırasında döyüşüb. Onun dinc sakinləri öldürdüyü bildirilir. BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada …

Read More »

Ukraynada müharibə başlayandan 186 uşaq ölüb

Ukraynada müharibə başlayandan 186 uşaq ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalında məlumat yayılıb. Hərbi əməliyyatlar başlayandan indiyədək 344-dan çox uşaq xəsarət alıb. Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir.

Read More »

İmran Xanın partiyası tam tərkibdə parlamentdən istefa verib

Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. “Biz istefa verdiyimizi elan edir, bütövlüklə parlamentdən gedirik”, – Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib. Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki …

Read More »

ABŞ: Ermənistan və Azərbaycana münasibətlərin normallaşmasına kömək etməyə hazırıq

Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib. ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb. “Birləşmiş …

Read More »

Bu gündən Rusiya və Belarusa məxsus yük maşınlarının Finlandiyaya girişi yasaqlanıb

Aprelin 9-dan Rusiya və Belarus dövlət nömrə nişanlı yük maşınlarının Finlandiyaya gişir qadağan edilib. Boyukmillet.com “Yile”yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Gömrük Komitəsinin nəzarət bölməsinin başçısı Sami Rakşit məlumat verib. Onun sözlərinə görə, Rusiya və Belarus dövlət nömrə nişanı ilə qeydiyyatdan keçən bütün kommersiya yüklü nəqliyyat vasitələri geri qaytarılacaq. Xatırladaq ki, aprelin 8-də Avropa İttifaqı Rusiya və Belarusa qarşı …

Read More »

ABŞ Hindistana Rusiyadan neft tədarükündən asılılığı azaltmağa kömək etməyə hazırdır

Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinqh Nyu-Dehliyə son səfəri zamanı Hindistan hakimiyyətinə anti-Rusiya sanksiyalarına əməl etməyin vacibliyi barədə danışıb və Rusiya Federasiyasından neft tədarükündən asılılığın azaldılmasına kömək təklif edib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. “Hindistan da daxil olmaqla hər bir ölkə Rusiya neftini idxal edib-etməmək …

Read More »

ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması, habelə Ukraynadakı vəziyyət fonunda Rusiyadan enerji idxalına qadağa qoyulması haqqında qanun layihələrini imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. ABŞ administrasiyasının geniş yayılmış bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən “Rusiya neftinin idxalının dayandırılması haqqında qanun”dan, eləcə də kommersiya sferasında …

Read More »