Cümə , 5 Dekabr 2025

Ekologiya

Rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, saat 11:00-a əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, …

Read More »

QHT-lər ağacəkmə kampaniyasında iştirak ediblər

Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir. Aksiya çərçivəsində hər iki qurumun rəhbərliyi, kollektivi və 300-ə yaxın QHT tərəfindən Müşviqabad qəsəbəsində minədək ağac əkilib. …

Read More »

Şabran rayonunda acınacaqlı ekoloji vəziyyət – Dağlar bozarır, yovşan yoxdu, çay vadisi dağıdılır – Video

Boyukmillet.com jurnalist Məhəmmədəli Qəriblinin Şabran rayonu ərazisindən ekoloji vəziyyətin acınacaqlı olması ilə bağlı hazırladığı videoreportajı təqdim edir:

Read More »

Xəzər dənizi sahillərində qanunsuz ov edənlər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Gülağa Qasımov, İsmayıllı rayon sakini Ramil Məhərrəmov, Xaçmaz rayon sakini Xəqani Müseyibov, Şəmkir rayon sakini Səbuhi Səfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş …

Read More »

Laçında ağacəkmə aksiyası keçirilib

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib. …

Read More »

Samuxda qanunsuz ov edənlər saxlanılıb

Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib. O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Read More »

Sabahdan külək kəsəcək, havanın temperaturu yüksələcək

Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Read More »

Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün işlərə başlanılıb

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: “Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”. O xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı …

Read More »

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Nazirlikdən verilən məlumat görə, görkəmli oftalmoloq-alim, akademik …

Read More »

Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsərək məhv ediblər

“İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar …

Read More »