Bazar ertəsi , 18 Noyabr 2024

Ekologiya

Xidmət rəsmisi: “İqlim dəyişikliyi meşə ekosisteminə ciddi təsir göstərir”

“Planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyi digər sahələrdə olduğu kimi, meşə ekosistemlərinə də təsirsiz ötüşmür”. Boyukmillet.com xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib. Onun sözlərinə görə, bu təsirlər özünü tez və ya da gec göstərə bilir: “Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez …

Read More »

Sumqayıt şəhərində yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub

Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji …

Read More »

Qeyri-sabit hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, sentyabrın 25-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Read More »

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 mn /s, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli …

Read More »

Hindistanlı ekspert: “Ermənistandakı metallurgiya zavodu sakinlərin sağlamlığı üçün təhlükə törədir”

“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdayan kəndində yerləşən metallurgiya zavodunun tullantılarının atmosferə atılan yüksək konsentrasiyalı çirkləndirici maddələri sərhəd zonasının sakinlərinin sağlamlığı üçün təhlükə törədir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Hindistanın Qərbi Benqal əyalətinin hökumətinin Səhiyyə və Ailə Rifahı Departamentinin nümayəndəsi Hasim Abdul Halim deyib. Onun fikrincə, tullantıların səbəb olduğu çirklənmə qocaların, uşaqların və tənəffüs yolları xəstəlikləri olan …

Read More »

Bakıda məşhur tikinti şirkətləri ağacları qanunsuz kəsib, prokurorluğa müraciət olunub

Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest …

Read More »

Hava şəraiti qeyri-sabit keçəcək, güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

İyulun 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək, arabir yağış yağacağı ehtimalı var. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında iyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, …

Read More »

Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar. “Report” bəyanatın mətnini təqdim edir: “Vətəndaş cəmiyyəti təşkilatları olaraq biz, aşağıda imza edən şəxslər, böyük bir metallurgiya zavodunun tikintisinə etirazımızı və dərin narahatlığımızı ifadə edən birgə bəyanat yayırıq. Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə …

Read More »

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi …

Read More »

Sabah Bakıda 31 dərəcə isti olacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. …

Read More »