Çərşənbə axşamı , 14 May 2024

Ekologiya

Dövlət Xidməti biçilmiş sahələri yandıran şəxslərə xəbərdarlıq edib

“Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə …

Read More »

Bu gün Heydər Əliyevin sərəncamı ilə yaradılan ilk milli parkın 20-ci ildönümüdür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılan, ölkəmizin ilk milli parkı olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva “Report”a bildirib ki, Ümümmilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi sahəsindəki xidmətlərinin davamı olaraq bu gün milli parkların inkişaf etdirilməsi, ekoloji mühitin mühafizəsi şəbəkəsinin yaradılması …

Read More »

Bəzi çaylardan sel keçib – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı belə olub: Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın …

Read More »

Sabah rayonlarda 35 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. …

Read More »

Sabah Bakıda 36 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildiirlib ki, axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət …

Read More »

Bakıda atmosferi çirkləndirən restoran rəhbərliyi cərimələnib

Bakıda atmosferi çirkləndirən restoran rəhbərliyi cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib. Qeyd olunub ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Havanı kim çirkləndirir?” aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Binəqədi rayonunda fəaliyyət göstərən “Cratos Hall” restoranından atmosferə tullantı …

Read More »

Sabahdan iyunun 12-dək fasilələrlə yağış yağacaq, dolu düşəcək

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Read More »

Leysan yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub. Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan …

Read More »

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək

Axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub. Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6 mm, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində …

Read More »

Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə növbəti müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. …

Read More »