Anar Abdulla SMTD rəhbərinə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb Müstəqil jurnalist Anar Abdulla Baş Prokurorluğun İstintaq İdarəsində hüquq müdafiəçisi Anar Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə Meydan TV-yə məlumatı onun vəkili Günay İsmayılova verib. Vəkilin sözlərinə görə, aprelin 8-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılan jurnalistə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz …
Read More »“Şəhidlərə və onların ailələrinə hörmətsizlik edən Mehriban Ələkbərzadə vəzifəsindən azad olunmalıdır!”
“Son günlər doğma teatrımda baş verən söz-söhbətlərə susmağım laqeyd münasibətimdən irəli gəlmir. Əziz həmkarlarımın müsahibələrinə yazılan şərhlərdə adımın hallanması, “Şəhid atası təhqir olunmuş Məsmə niyə susur?” kimi yazılar, təbii ki, mənə xoş təsir bağışlamır. Bəli, acı da olsa, bu, bir həqiqətdir: Mehriban Xanlarovanın mənim haqqımda paylaşdığı məlumat doğrudur. (“Aaz, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə …
Read More »“Hamamda ərə gedərlər, “TikTok”da yox?” – Efirdə mübahisə düşdü
“TikTok-la ərə gedərlər? Onunla ailə qurarlar?” Bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” verilişində deyib. Aktrisanın bu sözləri studiyada etirazlara səbəb olub. Aparıcı Zaur Baxşəliyev “Niyə getmirlər? Müasir dünyadır. 50 il bundan əvvəl gedib hamamda qız bəyənirdilər. Hamamda ərə gedərlər? İnstaqram, başqa sosial şəbəkələr var. Bu protformaları ucuzlaşdırmayın” deyə, etiraz edib. M.Xanlarova isə “TikTok-da evlənənin də, ərə gedənin də ağlı …
Read More »4 gündür aclıq edən Tofiq Yaqublunun 3,5 kiloqram çəki itirdiyi bildirilir
Nigar Həzi: Əgər sürətli çəki itkisi davam edərsə, biz Tofiq Yaqublunu itirə bilərik Bu gün vəkili Nemət Kərimli Ədliyyə Nazirliyinin Umbakı qəsəbəsində yerləşən təcridxanasında həbsdə olan Milli Şuranın Koordinasiya Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb. Bu barədə məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi özünün “Facebook” hesabında yazıb. Vəkilinin dediyinə görə, 4 gündür aclıq edən Tofiq Yaqublu bu günə …
Read More »Hünərin varsa evləri sökülənlərin səsinə səs ver
Nigar Fərhad adlı aparıcının efirdə atasız qızlar barədə dediyi sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub, əksəriyyət bunu çox pis qarşılayıb. Qalmaqal ilə bağlı Mir Şahin Ağayev facebook hesabında status yazaraq Nigar Fərhadın müdafiəsinə qalxıb. Bəri başdan deyim ki, mən heç vaxt onun səmimiyyətinə inanmamışam. Əgər o səmimi olsaydı, əziyyət çəkən, haqları tapdalanan qazilərimizin, şəhid ailələrinin müdafiəsinə qalxardı. Daha dodaqlarını şişirtmiş,verilişlərində …
Read More »Azərbaycanda nazirliyin vəzifəli şəxsləri barədə cinayət işi açılıb
Binəqədi rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində ev qətimkan tədbiri seçilib Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib. Bu barədə aprelin 3-də Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri …
Read More »Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar
Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları… Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir. Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir …
Read More »13 yaşlı qızı cinsi istismara məruz qoyan 24 yaşlı kişi necə azadlıqda qala bildi?
Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də onun barəsində şikayəti yoxdur Bir neçə gün əvvəl Ağcabədidə 2001-ci il təvəllüdlü kişinin 2010-cu il təvəllüdlü uşağı cinsi istismara məruz qoyması və qızın hamilə qalması ilə bağlı xəbər yayılıb.“E-mehkeme” saytında hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 12 mart tarixli hökmü yerləşdirilib. Hökmə əsasən, …
Read More »Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri saxlanılıb
Ötən gün Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Q.Məmmədov ötən gün faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış …
Read More »Mİrvari Qəhrəmanlının prokurorluğa çağırıldığı deyilir
Mirvari Qəhrəmanlının özü xəbəri şərh etməkdən imtina edib Daha bir QHT rəhbərinin Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb edildiyi deyilir. Boyukmillet.com xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub. Mirvari Qəhrəmanlının özü xəbəri şərh etməkdən imtina edib. Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar