Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli …
Read More »Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib. Zərərçəkmiş tərəfin …
Read More »Türkiyə MİT-i 8 Iran casusunu yaxaladı – ƏMƏLİYYAT VİDEOSU
Türkiyənin Van vilayətində ikisi İran vətəndaşı olan 8 nəfər casusluqda şübhəli bilinərək yaxalanıb. Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyənin Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, onlar İrandan olan keçmiş hərbçini qaçaq yolla öz ölkəsinə keçirmək istəyiblər. MİT İran kəşfiyyatçılarının keçmiş hərbçini qanunsuz yolla ölkələrinə keçirmək üçün Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd etdiklərini …
Read More »Prokuror Rövşən Əkbərova 11 il cəza istəyib
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi elan olunub. Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər. Daha sonra hadisə vaxtı Azərbaycanın …
Read More »General Hüseyn Əştəri İranın Azərbaycan sərhədlərinin yaxınlığına yeni qoşun göndərdiyini açıqladı
İran polisinin komandiri, briqada generalı Hüseyin Əştəri bildirib ki, İranın şimal-qərb sərhədlərinə yeni qüvvə və texnika göndərilib. Azadlıq Radiosunun İran xidməti (Radio Fərda) tərəfindən yayılan məlumata görə, bu gün səhər Hüseyn Əştəri jurnalistlərə deyib ki, “bütün maneələr aradan qaldırılıb və təhlükəsizlik problemi yoxdur”. Radio Fərda bu xəbərə şərh edərək yazır ki, İranın şimal-qərb sərhədindəki vəziyyətin gərginləşməsi, İranın Azərbaycanın azad etdiyi …
Read More »SON DƏQİQƏ! Ocaq Necatın Hüseyiniyyə məscidindəki əşyaları yığışdırılır
Ölkəmizi tərk edən İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatın əşyaları toplanır. Boyukmillet.com xəbər verir ki, Ocaq Necatın Huseyiniyyə məscidindəki əşyaları yük maşınlarına yüklənərək ölkədən aparılır. Məlumata görə, Hüseyniyyə məscidi artıq fəaliyyət göstərməyəcək.
Read More »Bakı İranın krim-tranzitini məhv etdi – Perenciyev
İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi. Bu sözləri Axar.az-a Plexanov adına …
Read More »“Əgər İran Azərbaycanla sərhəddə bir fişəng belə partlatsaydı…” – ŞƏRH
Bu fikirləri İranın son həftələrdə Azərbaycana qarşı aqressiv davranışlarının artmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib. DAK nümayəndəsinin sözlərinə görə, İran Azərbaycanla sərhədə qoşun yığsa da, bu cəhdlərinin boş olduğunu özü də bilir: “İranın ictimai rəyi bu ölkənin Azərbaycanla sərhədə qoşun yığmasına, Azərbaycanın qanuni haqlarını pozmağa təşəbbüs göstərməsinə çox mənfi …
Read More »“Azərenerji” qanuni sənədləri olan eyni “obyekti” ikinci dəfə dağıtdı – Videoreportaj
“Azərenerji” ASС-nin Ziya Bünyatov prospekti 2062-ci məhəllə ünvanında yerləşən (Dərnəgül bazarı-red) və tam qanuni əsaslarla fəaliyyət göstərən ticarət obyektini yerlə-yeksan etdiyi haqda reportaj təqdim etmişdik. Həmin bazarda çalışan sahibkarlar bildirirlər ki, ticarət obyektinin qanuni fəaliyyət üçün bütün lazımi sənədləri qaydasındadır. Buna baxmayaraq, “Azərenerji” bir neçə rəhbər işçi səviyyəsində günün-günorta çağı həmin obyektə təşrif buyurub və ağır texnikaya “obyekti” dağıtmaq göstərişini …
Read More »Məhkəmə şöbədə arvadını güllələyərək öldürən polislə bağlı qərar verib
Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Boyukmillet.com xəbər verir ki, məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb. Belə ki, Nizami RPİ-nin Post Patrul …
Read More »