Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici …
Read More »Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?
Şeyxülislam Allahşükür Paşazadənin məlum açıqlamasından sonra ictimaiyyət onun öz vəzifəsindən istefa verməsi ilə bağlı tələblər səsləndirməyə başlayıb. Bildirilir ki, şeyx öz vəzifəsinin tələbi olan birləşdiricilik deyil, daha çox parçalanmaya səbəb olan açıqlamalar verir və bu da narazılığı artırır. Amma şeyx QMİ-nin qurultayının qərarı ilə ömürlük olaraq bu posta seçilib. O özü istefa verməsə, hansı addım atıla bilər? Bunun hüquqi proseduru …
Read More »Kəlbəcərdə 11 erməni əsgər nəyə “qurban” verildi?
Kəlbəcərdə baş verən hadisələr çoxlu suallar doğurur. Əvvəlcə Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri məlumat verdilər ki, Kəlbəcərdə atışma baş verib, amma bununla bağlı nə Rusiya sülhməramlıları, nə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reaksiya gəldi. Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, hesab etmək olardı ki, kiməsə sadəcə növbəti dəfə mediada münaqişəsini aktuallaşdırmaq üçün bir informasiya …
Read More »Ermənilər təşvişdə: Bakı Fransada artıq dəstək qazanır
Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının aktivləşməyə başlamasından narahatdırlar. Boyukmillet.com xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni jurnalist Tiqran Yekavyan deyib. “Azərbaycan Fransaya tələbələr göndərərək və Bakıdakı fransız dilində təhsili genişləndirərək, yeni fransızdilli elita hazırlayır. Orada artıq fransız universiteti var və lisey yaradılması planları da mövcuddur”, – deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini Fransadakı bütün tərəflərə çatdırmaq istəyir. …
Read More »Ermənistanla sərhəddə gərgin gecə: Kəlbəcər rayonu növbəti dəfə atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Boyukmillet.com xəbər verir ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Read More »Nikol Azərbaycan sərhədinə gəldi
Bu gün Ermənistanın Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşayiəti ilə Azərbaycanla həmsərhəd Tavuş vilayətinə, doğulduğu İcevan şəhərinə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Paşinyanı müşayiət edən avtomobil karvanı Göyçə şossesi ilə saatda 150 kilometrdən az olmayan sürətlə hərəkət edib. Paşinyan və ailə üzvlərinin məqsədi Tavuş vilayətində Vardavar adlı …
Read More »Sülhməramlılar Xankəndidə xatirə mitinqi keçirdi
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlıları rusiyalı admiral İvan İsakovun xatirəsinə mitinq keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı qüvvələri Xankəndidə xatirə mitinqi keçiriblər”, – məlumatda qeyd olunub.
Read More »Şəhid xanımı: “Kiminsə payından kəsərək şəhid ailəsinə vermək düzgün deyil”
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə, qazilərə verilməsi təklifinə və bu haqda sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib. Modern.az-a açıqlama verən Sevinc Orucova deyib ki, şəhid mövzusu həssas olduğundan bu barədə təklif irəli sürərkən, fikir bildirərkən diqqətli olmaq, dərin düşünmək …
Read More »Allahşükür Paşazadə: “Gəlinim türkdü, evimdə türklər yaşayır” – MÜSAHİBƏ
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlaması cəmiyyətdə böyük əks-səda yaratdı. Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüflərini ifadə edib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən M.Mücahit Küçükyılmaz da Paşazadəyə ironiyalı cavab yazıb: “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə …
Read More »“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” – Deputatdan açıqlama
Boyukmillet.com Milli Məclisin deputatı Vahid Əhmədovun “AzPolitika.info”ya verdiyi müsahibəni təqdim edir: – Vahid müəllim, Ermənistanın dövlət sərhədində atəşkəsi mütəmadi pozması, təxribatlara əl atması fonunda Prezident İlham Əliyevin Moskva səfəri baş tutdu. Azərbaycan Prezidentinin Moskvada həmkarı Vladimir Putinlə apardığı müzakirələr, verilən ilkin açıqlamalarla bağlı təəssüratınız nədir? – Ümumən son dövrlər müəyyən xəbərlər dolaşır, ermənilər mütəmadi olaraq Şuşa, Kəlbəcər istiqamətində atəşkəsi pozur, …
Read More »