Cümə , 26 Aprel 2024

hava

Yaxın üç gün ərzində havanın temperaturu yüksələcək

Azərbaycanda üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13°-dək isti olacaq.

Read More »

Bayram gününə olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında martın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.  Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 …

Read More »

Sabahın hava PROQNOZU

Martın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz …

Read More »

Axır çərşənbədə hava necə olacaq? – PROQNOZ

Azərbaycanda martın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. …

Read More »