Cümə , 26 Aprel 2024

İqtisadiyyat

Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb. “Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 …

Read More »

Azərbaycanda sərnişindaşıma kəskin azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 020,2 milyon nəfər sərnişin daşınıb. Boyukmillet.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 % azdır. Son 1 ildə ölkədə yük daşınması isə 18,9 % azalaraq 155,5 milyon ton təşkil edib.

Read More »

Azərbaycanın dövlət büdcəsinin kəsiri 515 milyon manata düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib. Boyukmillet.com Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% və 12,3% çoxdur. Son nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekunununda büdcə kəsri 677,6 milyon manat olub.

Read More »

Avropada yeni məhdudiyyətlərin tətbiqi neft tələbini azalda bilər

“Avropada antivirus təcridetmənin yenidən bərpası, yəqin ki, qlobal neft tələbatı proqnozunda azalmaya səbəb olacaq”. “Boyukmillet.com” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) sözçüsü deyib. IEA-nın enerji bazarları və təhlükəsizliyi direktoru Keysuke Sadamori bildirib ki, bununla belə bu dəfə göstəricilər ilin əvvəlindəki məhdudiyyətlərlə müqayisədə daha az olacaq: “Avropa qitəsinin əksəriyyəti blokadadadır ki, bunun da mənfi təsirləri olacaq. Ancaq bu dəfə …

Read More »

SOCAR Palmali-yə qarşı məhkəməni uddu: 49,5 milyon dollar təzminat ödəniləcək

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verilib. SOCAR-dan verilən məlumatına görə, qərar SOCAR Overseas-in lehinə çıxarılmışdır. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.500.000 ABŞ dolları məbləğində təzminat müəyyən edilmişdir. Palmali-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilmişdir. Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha …

Read More »

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində

Azərbaycan məhsulları ötən gün işə başlamış və noyabrın 10-na qədər davam edəcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərgi Çinin Şanxay şəhərində keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları – nar şirəsi, fındıq, şərab …

Read More »

Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 21,832 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7,158 mlrd ABŞ dolları təşkil edib. Bu ilin doqquz ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 6,11%, dəyəri isə 36,47% azdır. Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 67,66% olub.

Read More »

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

“Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib. Onun sözlərinə görə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti …

Read More »

Azərbaycanın dövlət büdcəsinin kəsiri 700 milyon manata yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 964,5 milyon manat, xərcləri isə 18 642,1 milyon manat təşkil edib. Boyukmillet.com Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və 11,7% çoxdur. Son nəticədə büdcədə 677,6 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-avqust aylarının yekunununda büdcə kəsri 401,5 milyon manat olub.

Read More »

Azərbaycan neftinin qiyməti 41 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,42 ABŞ dolları, yaxud 1,04% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,92 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Read More »