Cümə , 26 Aprel 2024

İqtisadiyyat

“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır.   Bu …

Read More »

Neft ucuzlaşdı – Son qiymətlər

Yeni həftənin ilk günü dünya birjalarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib. Boyukmillet.com xəbər verir ki, “Brent” markalı neftin bir barreli 25,95 dollara düşüb, VTİ markalı neftin bir barreli isə cüzi – 0,10 dollar bahalaşaraq, 22,87 dollar olub. “Brent” markalı neft 25.46 dollar, yüngül neft isə 22,32 dollara düşüb

Read More »

İran və Rusiyaya BÖYÜK ŞOK: İqtisadiyyat çökür, neft ucuzlaşır, sosial narazılıq yaranır

Brent markalı neftin qiyməti 2003-cü ilin sentyabr ayından bəri ilk dəfə 25 dollardan aşağı düşüb. Dünən Bakı vaxtı ilə saat 20:30-da Londonda keçirilən hərracda Brent markalı neftin qiyməti 24,75 dollara enib. Bu gün Brent nefti 15% ucuzlaşıb. Bu vəziyyət isə neft istehsalçısı olan dövlətlərin iqtisadiyyatına ciddi şəkildə təsir edəcək. Xüsusən də neft istehsalının maya dəyəri baha başa gələn ölkələrin iqtisadiyyatı …

Read More »

Azərbaycan bankları bayramda işləməyəcək

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək. Boyukmillet.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.

Read More »

Neftin qiymətində SON DURUM

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 3,18% artaraq 1 barelə görə 25,67 dollar təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 8,89% artaraq 22,18 dollar təşkil edib.

Read More »

Bakının 3 yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Boyukmillet.com quruma istinadən xəbər verir ki, “Tədbirlər Planı”na uyğun olaraq, Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır. Məlumata görə, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu …

Read More »

Manatla bağlı Mərkəzi Bankdan təcili xəbər: Manatın real effektiv məzənnəsi bahalaşdı

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir. Boyukmillet.com xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib. Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi …

Read More »

Benzinin qiyməti o qədər düşdü ki, indi dizeldən də ucuz satılır – Türkiyədə

Türkiyədə benzinin qiyməti yenə ucuzlaşıb. Boyukmillet.com Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyədə benzinin qiyməti 0.51 lira ucuzlaşıb. Bununla da, benzinin indiki qiyməti 5.54 Türk lirəsi olub. Lakin, dizelin qiyməti ucuzlaşmadığına görə hazırda benzindən daha baha qiymətə satılır. Belə ki, hazırda Türkiyədə dizelin qiyməti 5.75 lirədir. Qeyd edək ki, dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədar olaraq Azərbaycanda da “Premium Euro-95” və …

Read More »

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. Boyukmillet.com bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Bakı-Tbilisi-Bakı qatarlarının səfərlərinə müvəqqəti məhdudiyyət qoyuldu

Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan …

Read More »