Çərşənbə , 1 May 2024

İqtisadiyyat

Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib

Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Read More »

Manatın alıcılıq qabiliyyətində AZALMA: “Məzənnənin stabil qalmasına çalışılır”

“İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilərsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır” Bu sözləri manatın mövcud alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib. İqtisadçıya görə, yerli istehsalın tam formalaşmaması fonunda böyük iqtisadi kəsr ortaya çıxır və bu baxımdan istehsal sahələrinin yaradılması vacibdir: “Bu il manatın alıcılıq qabiliyyətinin məhdudlaşması gözləniləndir. Çünki dünya ölkələrində …

Read More »

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. “Report”un Şərqi Avropa bürosunun Ukrayna Nazirlər kabinetindən əldə etdiyi məlumata görə, səfər yanvarın 30-da gözlənilir. İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın …

Read More »

Səngiməyən qiymət artımı: “Vətəndaşları mövcud bahalaşma ilə üz-üzə buraxmaq düzgün olmaz” – MÜSAHİBƏ

“Yeni iş yerlərinin açılması, istehsalın əsas məqsədə çevrilməsi və maddi rifahın yüksəldilməsi ölkənin iqtisadi-sosial inkişafına müsbət təsir edə bilər”. Bu sözləri ölkədə müşahidə olunan bahalaşma tendensiyana təsir edən amilləri dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik: – Çörək və unun qiymətinin bahalaşması cəmiyyətdə birmənalı qarşılanmadı və narazılığa səbəb olub. …

Read More »

Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planlarını açıqlayıb

“Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur: “Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu …

Read More »

Yanvarın 1-dən maaşlardan çıxılma bu qayda ilə həyata keçiriləcək

“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq. Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo” bu məqamda hər iki sektorda işləyən işəgötürən və işçilərin əməkhaqqından 2022-ci ildən etibarən nə qədər sığorta haqqı tutulacağı …

Read More »

Krasnoyarskdan Azərbaycana taxıl tədarük edilib

Bu ilin əvvəlindən Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir. Məlumata görə, “Rosselxoznadzor” Krasnoyarsk ərazisi üzrə idarəsi, bu ilin əvvəlindən 191 min tondan çox taxıl, onun emal olunmuş məhsulları və kolza toxumun ixracına nəzarət edib. Əsas ixrac məhsulları 119 min tonla buğda, 54,1 min tonla kolza və 12,2 min ton …

Read More »

Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi ilə Ağcabədi, Ağdam və Tərtər rayonlarında məlumatlandırma sessiyaları keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır. Artıq sahələrdə səpin prosesi …

Read More »

Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,60 % artıb. Boyukmillet.com  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,77 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …

Read More »

Elman Rüstəmov: “Bəzi məhsulların bahalaşması daha da sürətlənib”

“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib. “Sorğular nəticəsində əhalinin cəmi 25 faizindən az hissəsi inflyasiyanın artmasını gözləyir”, – o vurğulayıb.

Read More »