Maliyyə

Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 164,9 milyon manat kredit verilib. Boyukmillet.com xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8 % artaraq 108,3 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon …

Read More »

Azərbaycan performans auditi üzrə mövzuları DİM-in hədəflərinə uzlaşdıracaq

Azərbaycanda qarşıdakı illərdə performans auditi üzrə mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəfləri ilə uzlaşdırılması mühüm tələblərdən biri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən DİM üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O, qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən …

Read More »

Nazirlər Kabineti Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu barədə qərar verib

Nazirlər Kabineti “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 10 aprel 2008-ci il qərarında dəyişiklik edib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət …

Read More »

AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq. Boyukmillet.com banka istinadən xəbər verir ki, AİB-nin cari əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının gücləndirilməsinə yönəlmiş və 2019-2023-cü illər üçün olan tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir. “2023-cü ildən 2026-cı ilə qədər AİB energetika, nəqliyyat, dövlət …

Read More »

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”

Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. “İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə …

Read More »

Naxçıvanda Dövlət Sığorta Xidməti ləğv edilib

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan …

Read More »

Taleh Kazımov maliyyə sektorunun vəziyyətindən DANIŞDI: “Məni qane etmir”

Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışlar var. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bunlar əsas sistem əhəmiyyətli olmayan kiçik banklardır. “Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar” – …

Read More »

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Boyukmillet.com AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb. “Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir …

Read More »

Yaponiyada qızılın qiyməti ard-arda üçüncü gün tarixi maksimumunu yeniləyib

Yaponiyada qızılın qiyməti qlobal maliyyə bazarında qeyri-sabitlik səbəbindən bu aktivə artan investor marağı fonunda ardıcıl üçüncü gün tarixi maksimumunu yeniləyib. Boyukmillet.com xəbər verir ki, buna treyderlərin və hərracların məlumatları dəlalət edir. Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan “Tanaka Kikinzoku” 1 qram qızılın pərakəndə satış qiymətini 9 785 iyen (indiki məzənnə ilə 71,92 dollar) müəyyən edib. Bu …

Read More »