Şənbə , 10 Yanvar 2026

Milli Məclis

MM-in komitə sədri Rusiya XİN başçısının müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb. Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səməd Seyidov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlər mövcuddur. Çoxəsrlik tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə söykənir. Hər …

Read More »

Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu qəbul edib

Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, qanun 4 fəsil, 14 maddədən ibarətdir. Sənəddə dövlət ehtiyatları sahəsində dövlətin 3 əsas vəzifəsi müəyyənləşdirilib. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır: – strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək; – strateji ehtiyatların və Azərbaycanın mülki …

Read More »

Hərbi silah və texnikanın hərəkəti barədə məlumat yayanları 8 ilədək həbs cəzası gözləyir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları …

Read More »

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 10 ilədək həbs olunacaq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır. Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, …

Read More »

Gizir və miçmanlara kiçik leytenant rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib

Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Prezident tərəfindən …

Read More »

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında məlumat verib. Sədr bildirib ki, toplantının gündəliyi barədə məlumat veriləcək.

Read More »

Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə …

Read More »

Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib

Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında ı oxunuşda müzakirəyə çıxarılıb. Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə …

Read More »

Milli Məclis Rəqabət Məcəlləsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin …

Read More »

Hərbçilərin pensiya təminatı ilə bağlı layihə ilk oxunuşdan keçib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Azərbaycan ərazisində fəaliyyət göstərən bir …

Read More »